"Daniel" qasırğasının Liviyanın şimal-şərqində güclü leysana və daşqınlara səbəb olması nəticəsində iki bənd çöküb.

“Unikal” CNN-ə istinadən xəbər verir ki, nəticədə azı 6000 nəfər ölüb, 10 000 nəfər isə itkin düşüb.

Liviyanın Fövqəladə və Təcili Yardım İdarəsinin rəhbəri Usama Əli “Əl Hurra” kanalına deyib: "Liviya belə bir fəlakətə hazır deyildi".

Belə ki, biri şərqdə, digəri isə qərbdə iki rəqib administrasiya arasında onilliklər boyu hakimiyyət uğrunda gedən mübarizənin yaratdığı siyasi parçalanma yardım səylərinə mane olur. 

Nuranə Abbasova