Azərbaycan milli komandası bu gün yoldaşlıq matçı keçirib.
"Unikal" xəbər verir ki, Canni de Byazinin yetirmələri evdə İordaniya millisini sınağa çəkiblər.
Yığmamız “Dalğa Arena”da baş tutan qarşılaşmada qələbə qazanıb. İlk birinci hissəyə əlavə olunmuş dəqiqədə vurulub. Emin Mahmudov penalti zərbəsini dəqiq yetirib. Fasilədən sonra qonaqlar hesabı bərabərləşdirsələr də, Renat Dadaşov sona 11 dəqiqə qalmış qələbə topunun müəllifi olub.