KXDR daha bir ballistik raketin buraxılışını həyata keçirib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, ehtimal ki, raket artıq yerə düşüb.

Raketin düşdüyü dəqiq yeri açıqlanmır. Yapon nəzarətçiləri bölgədəki gəmiləri, əgər raket qalıqları aşkar edilərsə, onlara yaxınlaşmamağa, dərhal səlahiyyətlilərlə əlaqə saxlamağa çağırıb.

Həmçinin Şimali Koreyanın raket buraxması ilə bağlı növbəti xəbərdarlıq edib.