Yunanıstanın paytaxtı Afinanın Artemida ətrafında baş verən silahlı hücumda 6 nəfər həyatını itirib.

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisədən sonra yunan polisi bölgədə genişmiqyaslı araşdırma başladıb. 

Məlum olub ki,  cinayət mafiyalar arasında baş verən qanlı münaqişə zamanı olub. Öldürülən şəxslərin Türkiyə polisinin araşdırmalarının hədəfinə çevrilmiş cinayət şəbəkəsinin üzvləri olduğu öyrənilib. Ölənlərin Türkiyədə bir sıra silahlı aksiyalarda iştirak edən və İtaliyada fərarilik həyatı yaşayan cinayətkar təşkilatın lideri Barış Boyunun yaxın adamları olduğu bildirilib. 

6 nəfərin ölümü ilə bağlı cinayət işi açılıb.  

Gülayə Mecid