Avropa Parlamentində (AP) yerlərin sayı 705-dən 720-yə qaldırılıb.

"Unikal" xəbər verir ki,  AP Baş Assambleyasında keçirilən səsvermədə Avropa İttifaqı Şurasının 2019-cu ildəki son seçkidən sonra demoqrafik dəyişikliklərə əsasən AP-dəki millət vəkillərinin sayının 705-dən 720-yə yüksəldilməsi qərarı qəbul edilib.

Müvafiq olaraq, 27 Avropa İttifaqı ölkəsindən 12-nin deputatlarının sayı artırılıb.

Fransa, İspaniya və Hollandiya hərəyə iki, Avstriya, Belçika, Polşa, Sloveniya, Slovakiya, Finlandiya, Latviya, İrlandiya və Danimarka isə hərəyə bir deputat göndərəcək.

AP-nin 5 illik səlahiyyət müddəti üçün seçkilər 6-9 iyun 2024-cü il tarixlərində keçiriləcək.