Tehranda İran Müdafiə Nazirliyinin sənaye kompleksində partlayış baş verib.
"Unikal" xəbər verir ki, bu barədə RRN Media öz "X" (Twitter) səhifəsində məlumat yayıb .
Hadisə şahidlərinin sözlərinə görə, partlayışdan sonra yanğın baş verib, lakin itki yoxdur. Bildirilir ki, idarənin kompleksi Nobonyad rayonunda yerləşir.