"Daha əvvəl qeyri-rəsmi mənbələr tərəfindən elan edilən atəşkəs Qəzza zolağında qüvvədə deyil". 

"Unikal" xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bəyan edib. 

Netanyahunun ofisinin "X" sosial şəbəkəsində dərc edilmiş mesajda deyilir: "Hazırda Qəzza zolağında əcnəbi vətəndaşların təxliyəsinə icazə verilməsi müqabilində atəşkəs və ya humanitar atəşkəs yoxdur". 

***09:27

Qəzza zolağının cənub bölgələrində 5 saat davam edəcək atəşkəs rejimi tətbiq edilib.

"Unikal" xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.

Bildirilib ki, bu addım əcnəbi vətəndaşların anklavı tərk edə bilməsini təmin etmək, eləcə də Qəzzaya humanitar yardım göndərmək məqsədi daşıyır.

Ağarza Elçinoğlu