Roma Papası Fransisk İran Prezidenti İbrahim Rəisi ilə telefon danışığı aparıb. 

"Unikal" TASS-a istinadən xəbər verir ki, tərəflər Yaxın Şərq münaqişəsini müzakirə ediblər. 

Telefon zəngi İran tərəfinin təşəbbüsü ilə baş tutub. 

Fransisk daha əvvəl ABŞ Prezidenti Co Bayden və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla da telefon əlaqəsi saxlayıb.