İndoneziyada 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
"Unikal" xəbər verir ki bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, yeraltı təkanların episentri təxminən 282 min nəfər əhalisi olan Kupanq şəhərindən 7 km şimal-şərqdə, ocağı 10 kilometr dərinlikdə yerləşir.
Dağıntı və tələfat barədə məlumat yoxdur.