Rusiyanın Kamçatka diyarının inzibati mərkəzi Petropavlovskun yaxınlığında 5,2 maqnitudalı zəlzələ olub.

"Unikal" xəbər verir ki, bu barədə Kamçatka diyarının hökuməti teleqramda bildirib.

Bildirilib ki, yeraltı təkanların ocağı regionun paytaxtından 85 km aralıda yerləşib. Episentr 32 dərinlikdə olub.

Zəlzələ mərkəzi şəhərdə hiss olunub.