Azərbaycan yığmasının İsveçə 3:0 qalib gəldiyi oyundan sonra komandamızın üzvü Rahil Məmmədovun xanım hakimlərlə görüş tərzi sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.
"Unikal" xəbər verir ki, futbolçu əlini geyiminə bükərək Ester Staubli və Suzanna Künqlə əl-ələ görüşüb.
Sosial şəbəkə izləyicilərindən bəziləri futbolçunun bunu dini inancı səbəbindən, bəziləri isə əli bulaşıq olduğu üçün etdiyini iddia ediblər.