Biz Azərbaycana bildirdik ki, Ermənistan Parlamenti Bakı nümayəndə heyətinin deputatlarının təhlükəsizliyini təmin etməyə hazırdır, amma onlar gəlmədilər.
"Unikal" xəbər verir ki, bunu Ermənistan Parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sarqis Xandanyan deyib.
Deputatın sözlərinə görə, iştirak etməyən nümayəndə heyətləri - Türkiyə, Azərbaycan və Rusiya açıqlama verməyib: "Payız sessiyasında sənədlər qəbul edilmir, bu, daha çox müzakirə meydanıdır, bu günlərdə 4 tematik müzakirə baş tutacaq".
Qeyd edək ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının payız sessiyasında "ATƏT böhran anlarında. Daxili və xarici çağırışlara qarşı mübarizədə Parlament Assambleyasının rolu" başlığı altında İrəvanda iclas keçirilir.
Ağarza Elçinoğlu