Noyabrın 21-də Quba seysmoloji stansiyasından 38 kilometr şimal-şərqdə, Xaçmaz rayonunda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Unikal"a bildirilib ki, yerli vaxtla saat 20:33-də qeydə alınan zəlzələnin maqnitudası 3,0 olub. Ocağı 2 kilometr dərinlikdə yerləşən yeraltı təkan hiss olunmayıb.

*** 16:37

Bu gün yerli vaxtla saat 15:33-də Quba stansiyasından 28 km şimal-şərqdə, Xaçmaz rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə "Unikal"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Zəlzələ hiss olunmayıb.