1791-ci ildə vəfat edən dünyaca məşhur bəstəkar Volfqanq Amadey Motsartın Avstriyada sonuncu əsəri Rekviyemi tamamlandığı qəsri satışa çıxarılıb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, mülk 13,1 milyon dollar dəyərində qiymətləndirilir.

Dörd mərtəbəli bina 1130-cu ildə tikilib və sahəsi təxminən 2490 kvadratmetrdir. Qəsrdə kinoteatr, kitabxana, kilsə və zindan da daxil olmaqla ümumilikdə 50 otaq var.