Bakı şəhərinin Nərimanov rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, rayonda ümumi sahəsi 480 m² olan üçmərtəbəli, 6 otaqlı evin 2-ci mərtəbəsində ümumi sahəsi 30 m² olan otağın yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.