Dani Alveş uzun müddətə azadlıqdan məhrum edilə bilər.

"Unikal" "Mail Sport"a istinadən xəbər verir ki, braziliyalı sabiq futbolçu ilə bağlı cinsi istismar iddiası əsasında məhkəmə işi açılmışdı. İspaniyada onun günahkar olduğu qərarı verilsə, Alveş 9 il müddətinə həbs olunacaq.

Qeyd edək ki, Dani Alveşin gecə klubunun VİP bölməsində bir qadına təcavüz etdiyi iddia edilir.