Azərbaycanın son nəticədə Ermənistanla üç prinsip əsasında sülh müqaviləsi imzalamağı təsdiq edib-etməyəcəyi hələ də bəlli deyil.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
Baş nazir Nikol Paşinyan bu gün canlı yayımda vətəndaşların suallarını cavablandırarkən deyib: "Danışıqlar zamanı Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanıması prinsipləri, delimitasiya prosesi və regional kommunikasiyaların açılması prinsipləri razılaşdırılıb və bu razılaşma mayın 14-də və iyulun 15-də keçirilən üçtərəfli görüşlərin yekunlarında ifadə olunub".
Paşinyan həmçinin qeyd edib: "İndi biz əminliklə deyə bilmərik ki, Azərbaycan həmin üç prinsipə əsaslanan sülh sazişini imzalamaqdan imtina edir, lakin eyni zamanda əminliklə deyə bilmərik ki, Azərbaycan həmin üç prinsiplə razıdır. Görüş zamanı bu məsələlərə və nüanslara aydınlıq gətirilməsinə ehtiyac var".
Ağarza Elçinoğlu