Qadın futbolçulardan ibarət Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Kipr və Farer adaları seçmələrinə qarşı keçirəcəyi oyunlara hakim təyinatları açıqlanıb.
"Unikal" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 1-də “Limassol” stadionunda Kiprlə oynanılacaq matçı Belçikadan, dekabrın 5-də “Dalğa Arena”da Farer adalarına qarşı təşkil olunacaq qarşılaşmanı isə İsveçdən olan hakimlər briqadası idarə edəcək.
1 dekabr
21:00. Kipr – Azərbaycan
Baş hakim: Karoline Lanssens
Yan xətt hakimləri: İrmqard Van Meirvenne, Marqot Yakobs
Dördüncü hakim: Yana Van Lare
5 dekabr
19:00. Azərbaycan – Farer adaları
Baş hakim: Lovisa Yohansson
Yan xətt hakimləri: Kamilla Stendal, Jilan Taher
Dördüncü hakim: Maral Mirzai Beni