Bu gün Misli Premyer Liqasında XIV tura start verilib.
"Unikal" xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra ilk matç “Bank Respublika Arena”da baş tutub.
Ötən mövsümün iki ən yaxşısı turun mərkəzi görüşündə üz-üzə gəlib. Son çempion “Qarabağ” vitse-çempion “Sabah”ın qonağı olub. Qarşılaşma "atlılar"ın 2-1 hesablı qələbəsiylə başa çatıb. Ev sahibi komandanın heyətində Emmanuel Apeh 32-ci dəqiqədə penalti zərbəsindən yararlana bilməyib.
Qeyd edək ki, tura noyabrın 26-da yekun vurulacaq.