Avstriyada yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olan 4 nəfər həlak olub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  qəza Yuxarı Avstriya federal əyalətində qeydə alınıb.

Hadisə ilə bağlı polis araşdırma aparır, həlak olanların kimliyi və qəzanın mümkün səbəbləri açıqlanmayıb.