Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İsrailin Dəməşq Beynəlxalq Hava Limanına endirdiyi hava zərbələrinin Suriyanın suverenliyini pozduğunu bildirib.
"Unikal" xəbər verir ki, onun sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında yer alıb.
“Biz İsrailin Suriyanın mühüm mülki infrastruktur obyektinə son təxribatçı hücumunu qətiyyətlə pisləyirik ”, - diplomat vurğulayıb.
Onun sözlərinə görə, “belə pis təcrübə son dərəcə təhlükəli nəticələrə gətirib çıxarır” və regionda gərginliyin artması ilə nəticələnir. “Biz günahsız insanların həyatı üçün təhlükə yaradan məsuliyyətsiz hərəkətləri dayandırmağı tələb edirik”, - deyə Zaxarova əlavə edib.