İspaniyalı aşpaz David Pereqrina və həyat yoldaşı Braziliyada restoranının qarşısında güllələnərək öldürülüb.
"Unikal" xəbər verir ki, Braziliyanın turistik şəhəri Porto Sequroda restoran işlədən ispan aşpaz David Pereqrina və həyat yoldaşı Silva Santos öldürülmüş halda tapılıb.
Pau do Makako adasındakı turizm şəhəri Porto Sequroda işlədikləri restoranın girişində tapılan hər iki cəsədin üzərində güllə izlərinin olduğu öyrənilib.
Polis Texniki Müdirliyindən verilən açıqlamaya görə, Pereqrina restoranın girişində güllələnib, hadisə zamanı duşda olan əri birinci mərtəbədən çılpaq tullanaraq qaçmaq istəyərkən öldürülüb.
Bildirilib ki, qadın silah səslərini eşidəndə təşviş içində vanna otağından çıxıb və eyvandan atılaraq güllə hədəfinə çevrilib.
David Pereqrinanın qolundan, sinəsindən və kürəyindən güllə yarası aldığı öyrənilib.
Şahidlərin ifadələrinə görə, hadisə zamanı silah səsləri və kömək çığırtıları eşidilib. Pereqrinanın qiymətli əşyalarının da oğurlandığı bildirilir.
İspaniyanın Mallorka şəhərində bankir kimi işləyərkən bir neçə il kulinariya təhsili alan Pereqrina işini atıb, Braziliyada məskunlaşıb və restoran açıb.Bura bölgənin ən məşhur yerlərindən birinə çevrilib .