1 ilə yaxın xəstəxanada ətrafında gəzişən pişik, xəstəxanada mühafizəçi kimi işə götürülüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Elvud adlı pişik Avstraliyada yerləşən "Epworth" xəstəxanasında işə başlayıb.
Bildirilir ki, pişik xəstəxanaya gəlib- gedənlərə baxır, boş vaxtlarında isə günəşlənir. Elvud işdə yemək və su ilə təmin edilir.