Birləşmiş Ştatlar Rusiyada hakimiyyətin dəyişdirilməsinə və Rusiyanın daxili iğtişaşlarının təşkilinə diqqət edir. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Onun sözlərinə görə, bu şəraitdə Moskva ilə Vaşinqton arasında qarşıdurma ssenarisi real vəziyyətə çevrilib. Bununla yanaşı, Ryabkov ABŞ-nin daha da gərginləşməsinin Rusiya-Amerika diplomatik münasibətlərinin kəsilməsinə səbəb ola biləcəyini istisna etməyib.

Ağarza Elçinoğlu