Moskvada iki nəfər erməni 11-ci mərtəbədən özlərini atıblar. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Məlumata görə, Kirovdan olan mütəşəkkil cinayətkar qrupun keçmiş lideri, 54 yaşlı Andranik Asoyan və onun həyat yoldaşı, 34 yaşlı Lyudmila İvanova yanğından qurtulmaq üçün pəncərədən atılıblar. Asoyan 15 ildir ki, Kirovda yerli iş adamlarından pul qoparmaqla məşğul olan mütəşəkkil cinayətkar qrup yaradıb. Dəstənin fəaliyyəti 2008-ci ilin dekabrında dayandırılıb və onun rəhbəri Andranik yenidən mühakimə olunaraq 8,5 il müddətinə ümumi rejimli koloniyaya göndərilib. 

Qeyd olunub ki, cütlüyün son günlər aralarında baş verən münaqişə böyüyüb. 

Ağarza Elçinoğlu