İsrail-HƏMAS qarşıdurması hər iki tərəfdən minlərlə insanın həyatına son qoyub. 

"Unikal" xəbər verir ki, İsrailin mülki yaşayış məntəqələri, xəstəxanalar, məscidlər və kilsələr daxil olmaqla bir çox yerə həyata keçirdiyi ayrı-seçkiliksiz hava hücumları nəticəsində ailələrini itirənlər yaxınlarının cəsədlərini tapmağa çalışırlar.

Fələstinli uşaq Qəzza zolağında bir xəstəxananın qarşısında İsrailin hücumlarında həlak olanların cəsədləri arasında ailəsini axtarıb. Kəfənlənmiş meyitlərə bir-bir baxaraq yaxınlarını axtaran balaca uşaq göz yaşları içində qohumlarından birinin cansız bədənini öpüb. Fələstinli uşağın o anları ürəkləri dağlayıb.