“Rus yürüşləri”nin keçmiş təşkilatçısı Dmitri Demuşkin təyyarədən enərkən Tbilisi hava limanında gürcü polisi tərəfindən saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə o, "Telegram"da bildirib.
O, gürcü polisin həbsin səbəbini rusca açıqlamaqdan imtina etdiyini bildirib. “Tiflis hava limanında təyyarədən enən kimi polis tərəfindən saxlanıldım. Sənədlərim qaydasındadır. Saxlanma səbəbini rusca izah etməkdən imtina edirlər. Gürcüstan qonaqpərvər ölkə deyil. Gəlin bunu anlayaq”, – deyə Demuşkin yazıb.
44 yaşlı Dmitri Demuşkin Rusiya Federasiyasında ekstremist kimi tanınan və ləğv edilmiş Slavyan İttifaqı, Slavyan Gücü və Rusiya millətçi təşkilatlarının sədridir. O, “Rus yürüşləri” təşkil etmiş, millətçi etiraz və mitinqlərdə iştirak etmişdir.
Nuranə Abbasova