Ukrayna prezidentinin aparat rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç ölkədə “şərti Maydan”ın baş verə biləcəyini etiraf edib. Onun sözlərinə görə, yığılmış ziddiyyətlərin həllinin digər variantı hərbi çevriliş, müvəqqəti milli razılıq hökumətinin yaradılması və ya seçkilərin keçirilməsi ola bilər.
"Unikal" xəbər verir ki, Ukrayna münaqişəsi zamanı və ondan əvvəl yığılmış ziddiyyətlərin miqdarı yalnız fövqəladə şəkildə həll edilə bilər.
"Bir neçə belə variant ola bilər, onların arasında şərti Maydan da var" -deyə Aretoviç yazıb.
Eyni zamanda, keçmiş müşavir etiraf edib ki, hərbi əməliyyatlar zamanı seçkilərin keçirilməsi fövqəladə qərardır. Aretoviçin fikrincə, ölkədə mövcud vəziyyət hökumətin legitimliyini azaldacaq və onun xüsusilə həssas məsələlərlə bağlı qərarlarını şübhə altına ala bilər.
O, ölkənin siyasi rəhbərliyi vicdanlı, ədalətli və situasiyaya uyğun qərarlar qəbul etsə belə, legitimləşmə prosesinin hələ də ləng gedəcəyi qənaətindədir. Arestoviç hesab edir ki, hakimiyyət bundan sonra da dəstəyi itirəcək. Aretoviçin proqnozuna görə, hakimiyyətin legitimliyi məsələsi hökumətin ölkənin yaşaması üçün zəruri olan qeyri-populyar qərarlar qəbul etməli olduğu zaman daha da kəskinləşəcək.
Bundan əvvəl ukraynalı jurnalist Dmitri Qordon etiraf etmişdi ki, Aretoviç ABŞ-dakı siyasətçilər tərəfindən Kiyevdəki mövcud hökuməti gözdən salmaq üçün işə cəlb oluna bilərdi. Qordon qeyd edib ki, Aretoviç hazırda ABŞ-dadır, burada Ukraynanın uğurunda maraqlı olmayan müəyyən siyasi dairələr var.