Moskvaya gələn və paytaxtdan uçan 73 reys ləğv edilib və ya gecikir.
"Unikal" xəbər verir ki, Moskva vaxtı ilə saat 02:18-də verilən məlumata görə, “Şeremetyevo” hava limanında 34 reys gecikib. “Domodedovo”da 17 reys gecikib, daha 3 reys təxirə salınıb, “Vnukovo”da 13, “Jukovski”də isə 6 reys gecikib.
Rusiyanın Hidrometeorologiya Mərkəzinin rəhbəri Roman Vilfandın verdiyi məlumata görə, bazar günü Moskvada 145 illik müşahidələr zamanı maksimum yağıntı olub.