Almaniyanın 57 yaşlı sakini Tomas Yeromin həyat yoldaşı ilə birlikdə evlərində 555 yolka quraşdırıblar. 

"UnikaI" xəbər verir ki, bu barədə "Reuters" yazıb. 

Almaniya Rekord İnstitutunun məlumatına görə, cütlük "bir yerdə ən çox bəzədilmiş yolka ağacları"na görə dünya rekordu qırıb. 

Bu qədər yolkanın olduğu 180 kvadratmetrlik evi bəzəmək üçün cütlüyə təxminən 108 000 oyuncaq və 48 000 işıq lazım olub.

Ağarza Elçinoğlu