ABŞ-nin Virciniya ştatında polisin axtarışa getdiyi evdə partlayış baş verib.
"Unikal" xəbər verir ki, evin qəfil partlaması böyük çaxnaşma yaradıb.
Polisin axtarış qərarı çıxardığı evdə olan şübhəlinin alovlu tapançanı atması ilə evin qəfil partladığı bildirilib. Hadisə nəticəsində polislər yüngül yaralanıb.
Partlayışdan sonra başlayan yanğın nəzarət altına alınarkən evdə neçə nəfərin olduğu məlum deyil.
Şahidlərin sözlərinə görə, partlayış nəticəsində ətrafdakı binalar da zərər görüb.