Berlin öz imkanları daxilində Ukraynaya hərbi yardım göstərməkdə davam edir.

"Unikal" xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius deyib. 

O, Ukraynanı müttəfiq hesab etməkdən imtina edib: "Biz əlimizdən gələni edirik. Eyni şey, demək olar ki, bütün digər müttəfiqlərə və tərəfdaşlara da aiddir. Amma Almaniya Ukraynanın müttəfiqi deyil". 

Pistorius onu da qeyd edib ki, Almaniya Ukraynaya yardımın həcminə görə ikinci yerdədir, lakin hərbi sənaye tələb olunan vaxtda təchizatı təmin edə bilmir.

Ağarza Elçinoğlu