Misirdə prezident seçkiləri başlayır.
"Unikal" xəbər verir ki, təxminən 67 milyon misirlinin səsvermə hüququ var.
Dövlət başçısı postu uğrunda mübarizədə dörd namizəd iştirak edir.
İlk turda hazırkı prezident Əbdülfəttah əs-Sisi Cümhuriyyət Xalq Partiyasının lideri Hazem Ömər, liberal Vəfd Partiyasının rəhbəri Abdel Sənad Yamama və Sosial Demokrat Partiyasının sədri Fərid Zəhranla yarışacaq.
Əs-Sisi 2014-cü ildə Məhəmməd Mursinin və “Müsəlman Qardaşlar” islamçı təşkilatının (Rusiya Federasiyasında qadağan edilmiş) hakimiyyətdən devrilməsindən bir il sonra keçirilən seçkilərdə qalib gələrək Misir prezidenti seçilib. 2018-ci ildə yenidən ikinci müddətə seçilib. O, indiki seçkilərdə qalib gəlsə, 2030-cu ilə qədər prezident vəzifəsini icra edəcək.