KTMT-nin baş katibi İmanqali Tasmaqambetov dekabrın 21-də Ermənistana səfər edəcək.

"Unikal" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində Tasmaqambetov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş planlaşdırılır.

Görüş zamanı Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının, KTMT Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin və KTMT Kollektiv Təhlükəsizlik Şurasının Minskdə keçirilən birgə iclasının yekunları müzakirə olunacaq. 

Ağarza Elçinoğlu