Türkiyə Mərkəzi Bankının sədri Hafize Qaye Erkan ev kirayələrinin artması səbəbindən valideynlərinin evinə köçüb. 

"Unikal" xəbər verir ki, bu barədə o, Ahmet Hakana müsahibəsində deyib. 

"İstanbul Manhettendən baha ola bilərmi? Türkiyənin hər yerində, xüsusən də İstanbulda sürətlə artan kirayə qiymətləri vətəndaşları bezdirib...Bəzən tədarük çatışmazlığı və ucuz maliyyələşmə olanda tarazlıqlar pozula bilər. Burada bizim üçün ən mühüm problem sosial evlərin təminatıdır. Çünki sosial evlərin olmaması səbəbindən kirayələrdə artım var. Bir adamın 10 evi olmasın, 10 nəfərin bir evi olsun. Ev və yemək çox vacibdir. Artıq xeyli vaxtdır ki, dövlətimiz səhiyyə məsələsini həll edir. İstanbulda ev tapa bilmədik. Çox bahadır. Valideynlərimlə yaşamaq qərarına gəldik". 

Qeyd edək ki, Hafize Erkan 161 min lirə maaş alır. 

Nuranə Abbasova