Argentinanın yeni prezidenti Xavyer Miley 2025-ci il dekabrın 31-dək ölkə iqtisadiyyatı, səhiyyə və sosial sahədə fövqəladə vəziyyət elan edib.

"Unikal" xəbər verir ki, bu barədə müvafiq fərman hökumət qəzetində dərc olunub.

Bu qərar iqtisadiyyatın liberallaşdırılması və tənzimlənməsinin ləğvinə yönəlmiş islahatlar paketinin qəbulu fonunda qəbul edilib.

Xatırladaq ki, bundan əvvəl Xavyer Maylinin iqtisadiyyatın liberallaşdırılması üçün 300-dən çox islahat haqqında fərman imzaladığı bildirilib. Dövlət başçısının sözlərinə görə, bu, Argentinanın yenidən qurulması və ölkə iqtisadiyyatının inkişafına mane olan maneələrin aradan qaldırılması üçün lazımdır. 

Xatırladaq ki, noyabrın 20-də ifrat sağçı siyasətçi Xavyer Mayli Argentinanın yeni lideri seçilib. O, dekabrın 10-da vəzifəsinin icrasına başlayıb.

Gülayə Mecid