Bakının Xəzər rayonununda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, iki avtomobilin toqquşması zamanı 1954-cü il təvəllüdlü İsmayılova Elmira Böyükağa qızı və övladı, 1995-ci il təvəllüdlü İsmayılov Süleyman Ağabəy oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.