Mingəçevirdə dəm qazından zəhərlən 66 yaşlı Əfəndiyeva Şamba Abdulkərim qızı həyatını itirib.
"Unikal"ın məlumatına görə, qadın aparıldığı xəstəxanada dünyasını dəyişib.
***16:24
Mingəçevir şəhərində 66 yaşlı qadın dəm qazından zəhərlənib.
"Unikal"ın məlumatına görə, hadisə 20 yanvar küçəsi 37/49 ünvanında yerləşən beş mərtəbəli binanın mənzillərindən birində baş verib.
1957-ci il təvəllüdlü ev sakini Əfəndiyeva Şamba Abdulkərim qızı mənzilin hamam otağında dəm qazından zəhərlənərək halsız duruma düşüb. Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma başlanıb.
Ehtiram Muradov