Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old Yeni il münasibətilə Azərbaycan dilində videomüraciət ünvanlayıb.

"Unikal" xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə paylaşım edib.

Səfir bu il Azərbaycanla Britaniya arasında ortaq maraqlar üzrə əməkdaşlığın artıdığı bir il olduğunu vurğulayıb və Azərbaycan- Ermənistan münasibətlərinə toxunub:

“Hər iki istiqamətdə dialoq və səfərlər daha dərin anlaşmaya təkan verib və qarşıdan gələn ildə daha güclü tərəfdaşlıq üçün zəmin yaradıb. Yeni ildən gözlədiyimiz çox şey var. Azərbaycanın və Ermənistanın elan etdiyi cəsarətli və etimadverici addımlar sayəsində sanki Cənubi Qafqazda sülhün bərqərar olmasına çox yaxınlaşmışıq!”, - o qeyd edib.