İnsanları qida asılılığına meylləndirən genlər beyində dofamin ifrazı ilə bağlıdır.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu amerikalı dietoloq Maykl Mosli deyib.
Onun sözlərinə görə, asılılıq nəyisə qəbul etmək və ya istehlak etmək üzərində nəzarətin olmamasıdır. O qeyd edib ki, siqaret və alkoqol asılılığı ilə yanaşı, daha çox “zərərsiz” asılılıq növləri, o cümlədən qida asılılığı mövcuddur.
Mütəxəssis Yel Universitetinin alimlərinin apardığı araşdırmaya istinad edərək, yağ və karbohidratda yüksək olan qidaların (şokolad, çips, fast-food və peçenye) bəzi insanlarda asılılıq yarada biləcəyini göstərib. Çox güman ki, belə tərkibli məhsulların gündəlik istehlakı beynin fəaliyyətini yenidən təşkil edir.
Qeyd olunur ki, insanların heç də hamısı dərhal aludəçiliyə çevrilmir. Bu cür davranışa meyllilik genlərin, tərbiyənin, şəxsiyyət xüsusiyyətlərinin və sosial statusun birləşməsindən qaynaqlanır. Bununla belə, hər hansı bir asılılığın əsasını müəyyən bir asılılıq hərəkəti yerinə yetirdikdə baş verən dopamin hormonunun güclü bir şəkildə ifrazı təşkil edir. Bu, insana sevinc gətirən istənilən anlar - dadlı yeməklər, xoş qoxular, ev heyvanı ilə ünsiyyət və istirahətlə müşayiət olunur.