Somalinin paytaxtı Moqadişoda təhlükəsizlik baxımından maska ​​və papaqdan istifadə qadağan edilib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Moqadişu Bələdiyyəsinin sözçüsü Salah Dheere, mətbuata verdiyi açıqlamada, cinayət törədənlərin şəxsiyyətini gizlətdikləri üçün maska ​​və papaqlardan istifadənin qadağan edildiyini açıqlayıb.

Dheere, həmçinin ictimai nəqliyyatda silah gəzdirməyin də qadağan olduğunu bildirib.  Moqadişu hökuməti Əl-Şəbab terror təşkilatına qarşı əməliyyatlarını artırıb. Buna görə ki, təşkilat müxtəlif şəhərlərdə silsilə hücumlar həyata keçirir. 

Gülayə Mecid