Dünən istefa verən Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyanın ofisində axtarış aparılır.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, nazir Milli Təhlükəsizlik Xidmətinə çağırılıb. Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Kerobyanın ofisində axtarışa başlayıblar.
Xatırladaq ki, iki həftə əvvəl iqtisadiyyat nazirinin müavini Ani İspiryan və daha 4 vəzifəli şəxs barəsində cinayət işi başlanmışdı.
Bu gün isə nazirin mətbuat katibi Astqi Sarkisyan da istefa verib.
Ağarza Elçinoğlu