Yaponiyanın cənubundakı Sakuracima vulkanında püskürmə baş verib.
“Unikal” xəbər verir ki, 5 min metr yüksəkliyə qalxan vulkan püskürməsi nəticəsində ölən və yaralanan olmasa da, ətrafdakı binalarda dağıntılar aşkar edilib.
Qeyd edək ki, 1914-cü ildə də Sakuracimada nəhəng püskürmə baş vermiş və vulkanın yerləşdiyi yarımada Osumi yarımadası ilə birləşmişdir. Həmin partlayış Yaponiya tarixində ən böyük vulkan püskürməsi kimi qeydə alınıb.
Zərifə Nağıyeva