Belçika polisi terrora hazırlaşan 4 nəfəri həbs edib.

"Unikal" xarici mediaya isitnadən xəbər verir ki, islamçı ekstremizmlə əlaqədə şübhəli bilinən “potensial zorakılıq edən şəxslərə” yönəlmiş istintaq çərçivəsində Brüssel, Ninov, Şarlerua və Lyejdə axtarış aparılıb. 

Nəticədə 4 şübhəli saxlanılıb. Onlardan biri yetkin, üçü azyaşlıdır. 

Şübhəlilərin hücum planları hazırladıqları bildirilir. 

Qeyd olunur ki, axtarışlar zamanı müstəntiqlər hər hansı silah və ya partlayıcı tapmayıblar.