Pakistanın Gilgit Baltistan bölgəsində sərnişin avtobusu dərəyə uçub. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 20 nəfər həyatını itirib, çoxlu sayda sərnişin yaralanıb.

Pakistanın Baş naziri Şahbaz Şərif verdiyi açıqlamada həyatını itirənlərə başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb. Şərif səlahiyyətlilərə yaralılara hər cür tibbi yardım göstərməyi tapşırıb.

Zərifə Nağıyeva