Fransanın şimalında Er departamentində məhbusu daşıyan furqona hücum edilib.
"Unikal" xəbər verir ki, bu barədə "Le Figaro" nəşri xəbər verib.
Məlumata əsasən, məhbus Ruan şəhərindən gətirilib.
Hücum edənlər Audi və BMW markalı avtomobillərdə olublar. Onlar məhbusun aparılmasında iştirak edən iki həbsxana əməkdaşını güllələyiblər, daha üç nəfər ağır yaralanıb.
Hücumdan sonra məhbus qaçıb.