Ukraynanın bütün vilayətlərində enerji sistemində böyük defisit yarandığı üçün elektrik enerjisinin verilişində fövqəladə fasilələr tətbiq edilib.
"Unikal" xəbər verir ki, bu barədə “Ukrenergo” şirkəti məlumat yayıb.
Fövqəladə fasilələr mayın 14-ü, çərşənbə axşamı saat 21:00-dan başlayaraq 15 may çərşənbə axşamı gecə yarısına qədər davam edəcək.
Sənaye istehlakçıları üçün elektrik enerjisinin məhdudlaşdırılması cədvəlləri gün ərzində qüvvədə olacaq.