Almaniyada Lünen merinin keçmiş müavini uşaq pornoqrafiyasına və azyaşlılarla intim yazışmasına görə həbs cəzasına məhkum edilib.

"Unikal" xarici KİV-ə isitnadən xəbər verir ki, istintaq materiallarına görə, 41 yaşlı Daniel Volski özünün çılpaq fotolarını yeniyetmələrə göndərərək onları görüşməyə razı salmağa çalışıb. Üstəlik, siyasətçi həm oğlanlarla, həm də qızlarla yazışıb.

Volski yeniyetmələrlə ilk təmaslarını 2018-ci ilin əvvəlində qurub və o vaxtdan bəri onlarla müntəzəm görüşüb.

Beş həftə davam edən məhkəmənin ikinci günündə sabiq mer müavini öz günahını tam etiraf edib və bütün zərərçəkmişlərə 1000 avroya qədər təzminat ödəyib. Hakim onu ​​təqsirli bilib və müalicə almasını tövsiyə edib. O, həmçinin üç il yarım müddətinə azadlıqdan məhrum edilib.