Rusiya münaqişənin sülh yolu ilə həlli üçün Ukrayna məsələsi üzrə dialoqa açıqdır.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Çinin "Sinxua" agentliyinə müsahibəsində bildirib. 

Rusiya lideri qeyd edib ki, danışıqlarda ölkəsinin maraqları nəzərə alınmalı və qlobal sabitlik və təhlükəsizliyin etibarlı təminatlarının müzakirəsi ilə müşayiət olunmalıdır: "Biz bu münaqişənin sülh yolu ilə hərtərəfli, sabit və ədalətli həllinə nail olmaq istəyirik və biz Ukrayna məsələsi üzrə dialoqa açığıq". 

O qeyd edib ki, bu, münaqişədə iştirak edən bütün ölkələrin, o cümlədən Rusiyanın maraqlarını nəzərə alan danışıqlar olmalıdır". 

Ağarza Elçinoğlu