İsrailin 7 aydan çoxdur hücumlar həyata keçirdiyi Qəzza zolağında öldürülən Birləşmiş Millətlər Təşkilatının (BMT) əməkdaşlarının sayı 189-a yüksəlib.

"Unikal" xəbər verir ki, bu barədə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) hesabatında bildirilib.

Hesabatda, həmçinin, İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda ən az 14 min 944-ü uşaq, 9 min 849-u qadın olmaqla 35 min 173 fələstinlinin həyatını itirdiyi, 79 min 61 nəfər isə yaralandığı qeyd olunub.

Zərifə Nağıyeva